Bəyimxanım: “Meydanda dəriniz soyulsa, rahatlanaram” – FOTO

Əməkdar artist, tanınmış müğənni Bəyimxanım Vəliyeva sosial şəbəkələrdə yayılan hadisədən dəhşətə gəldiyini bildirib.

Yenicag.az xəbər verir ki, sənətçi “İnstagram” hesabında, ayaqlar altında tapdanan körpədən bəhs edərək qəzəblənib. İnsanlığa sığışmayan bu hadisədən sarsılan müğənni həmin uşağı övladlığa götürmək istədiyini bildirib:

“Qanımı donduracaq bir görüntü ilə qarşılaşdım, hələ də özümə gələ bilməmişəm. Körpə, çarəsiz bir uşağı ayaqları altına salıb, taptaq-taptaq edən bir qaniçən… Günah deyilmi? Ar olsun, vallah deməyə heç bir söz tapa bilmirəm. Sizin ancaq meydanda dəriniz soyulsa, rahatlanaram. O gözüyaşlı körpələrin ahı bir gün sizi mütləq tutacaq. O körpənin tanışları, nənə, babaları, kimisə varsa, günü sabah o uşaqları övladlığa götürməyə hazıram”.

Nehru

COP29