Beyləqan sakini özünü güllələdi

big_1419416346_tufeng1470045527Beyləqanda silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 31-də Beyləqan şəhərində yaşayan Qəhrəman Qəhrəmanov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən çənə nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.