!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beyləqana icra başçısı təyin olunan Əziz Əzizov kimdir? – DOSYE/ FOTO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Əziz Əzizov Beyləqan rayonuna icra başçısı təyin edilib.

Yenicag.az xəbər verir ki, Əziz Əzizov 18 ildir icra başçısı işləyir.

O, 12 il Cəlilabadın, 1 il Yasamalın, son 5 ildə isə Suraxanı rayonunun icra başçısı olub.

Əziz Əzizov kimdir?

Qeyd edək ki, Əziz Əzizov Ağcabədi rayonunun icra başçısı Rail Hüseynovun qudasıdır.

O, eyni zamanda, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovla birlikdə “Baku Mall” ticarət mərkəzinin şərikidir.

İcra başçısı 90-TP-105, 90-CL-105, 10-TZ-105, 10-OP-105 nömrəli bahalı avtomobillər kolleksiyasının sahibidir.

O, tülkü xəzindən papaqlar, hər birinin dəyəri 10 min manatdan artıq olan bahalı qış geyimlərinin sahibi kimi də tanınır.

Əziz Əzizov icra başçısı olduğu dövrdə yağışlı havalarda çətir tutan işçi götürməsiylə tanınmışdı.

Xatırladaq ki, Əziz Əzizov həm də, şəhid anasının qarşısına şəhidin fotosu təsvir olunmuş tort gətizdirməklə və anadan bu tortu kəsməsini istəməklə məşhurlaşmışdı.

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv