Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Beyləqanda 12 nəfər saxlanıldı

Bərdə rayonunda bir qrup şəxs xüsusui karantin rejimini pozublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları  xidmət aparan zaman Beyləqan şəhəri ərazisində yerləşən H.Abdullyevə məxsus evdə bir qrup şəxsin toplaşaraq “Aşura” mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və ev yiyəsi ilə birlikdə orada olan 12 nəfər Polis Şöbəsinə gətirilib.

Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

www.yenicag.az

261