Beyləqanda 5 yaşlı uşaq anasının dərmanlarını içib öldü

Beyləqanda 5 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, 2020-ci il təvəllüdlü Dəniz Tahirli nəzarətsiz olduğundan anasına məxsus dərmanları udub.

Dəniz Tahirli Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma başlanıb.