Beyləqanda bir ailənin dörd üzvü odlu silahla öldürülüb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, qətlə yetirilənlər ata, ana və iki qardaş olub.
Hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə ailə üzvlərindən ikisini evdə ikisini isə yol kənarında güllələyib.
***
02.12.2022 / 23:36
Beyləqanda bir ailənin 4 üzvü öldürülüb.
Bu barədə Yenicag.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.