Reklam: High Technic
hightechnic

Zabitlərin yol qəzasında ölməsi ilə bağlı MN-dən açıqlama -  YENİLƏNDİ

“Bəzi elektron KİV-lərdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilmədən guya hərbi avtomobilin qəzaya uğraması nəticəsində iki zabitin ölməsi ilə bağlı məlumat yayılıb. Bu xəbəri qəti surətdə təkzib edirik”.

Bu barədə Yenicag.az-ın sorğusuna cavaba olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Bildiririk ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu həlak olub.

Avtomobildə olan digər sərnişin, M.Muradovun qayınanası Babayeva Zöhrə Bəydadaş qızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Son dövrlərdə bəzi KİV-lər yoxlanılmamış və Müdafiə Nazirliyi tərəfindən rəsmən təsdiq edilməmiş məlumatları yaymaqla yanlış fikir yaratmağa cəhd göstərirlər. Azərbaycan Ordusu ilə əlaqədar olan istənilən məsələnin Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə dəqiqləşdirilməsi vacibdir.

Bir daha KİV nümayəndələrini xəbərdar edirik ki, bu cür hallar təkrar baş verərsə onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcək”, deyə nazirlikdən bildirilib.

***

Bakıdan Beyləqana gedən “Mercedes” markalı avtomobil qəzaya düşüb.

“Mercedes” markalı 42-CA -252 dövlət nömrə nişanlı avtomobil Daşburuna çatarkən, Gödəklər və Qaradağlı kəndi ərazisində aöır qəza keçirib. Nəticədə İki hərbiçi zabitimiz qəza nəticəsində dünyasını dəyişib, bir qadın isə ağır yaralanıb.

Dünyasını dəyişən zabitlərdən birinin Murad Muradov olduğu bəllidir və digərinin isə onun zabit yoldaşı olduğu bildirirlir.

Bir qadın isə ağır yaralanıb./Bizimyol.info/

***

Beyləqan rayonu ərazisində ağır yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qaradağlı kəndi ərazisində baş verib.

42 CA 252 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan hərbçi Murad Muradov dünyasını dəyişib. Avtomobilin sürücüsü və daha bir sərnişin qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, həlak olan hərbçi hərbi hissədən məzuniyyət götürüb evlərinə gəlirmiş.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

www.yenicag.az

3464