!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beyləqanda külli miqdarda sursat aşkarlandı

!Reklam – Yazi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Beyləqan rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb.

ANAMA-dan Yeniçağ.az-a verilən məlumata görə, rayonun Kəbirli kəndində drenaj kanalına baxış keçirilmiş, 3 min 8 ədəd partlamamış hərbi sursat (38 ədəd 40 mm-lik silah qumbarası (VOQ-25), 21 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ), 1 ədəd 70 mm-lik PQ-7VM raketi, 1 ədəd 73 mm-lik PQ-9 raketi, 5 ədəd F-1 əl qumbarası,  118 ədəd F-1 əl qumbarasının partladıcısı (UZRQM) və 2 824 ədəd müxtəlif çaplı patron) aşkar edilib, 2 824 ədəd müxtəlif çaplı patronun daşınması mümkün olduğuna görə mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qalanları isə məhdud daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib. Nəticə etibarilə 2 200 kv.m. ərazi yoxlanılıb.

Yeniçağ.az

www.yenicag.az

708
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv