Beyləqanda yük avtomobili yandı

Beyləqanda yanğın qeydə alınıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Beyləqan rayonunda “Scania” markalı yük avtomobilinin kabinə hissəsi və qoşqusuna yığılan 24 ton xam pambığın 100 kiloqramı yanıb.

Avtomobilin, pambığın qalan hissəsi və qoşqu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.