Beyləqanski Danabaşı öldürdü, “oğru” titulu aldı

Azərbaycanlı qanuni oğru Hacı Beyləqanski (Hacıbaba Talıbxanlı) Ded Xasanın (Aslan Usoyan) köməkçisi İlqar Əliyevi (Danabaş) öldürdüyünə görə “oğru” titulu alıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın ədliyyə polkovniki Aleksey Pişulin məlumat verib.

“İstintaq müəyyən edib ki, 2012-ci ilin dekabrında Rövşən Lənkəranski BƏƏ-də “sxodka” zamanı 30 yaşlı Hacıbaba Talıbxanlını taclandırıb. Həmin vaxt Lənkəranski deyib ki, Hacı ona yaxın şəxsdir, Danabaşı öldürdüyü üçün isə “oğru” titulunu qazanıb”, – polkovnik bildirib.

Məlum olub ki, Danabaşın ölümündən sonra Moskva regionundakı bütün tərəvəz bazaları tamamilə Hacı Beyləqanskinin nəzarətinə keçib.

Qeyd edək ki, Danabaş 2012-ci ilin aprelin 19-da Moskvada öldürülüb. 2013-cü ilin yanvarında isə Hacı Ded Xasanı güllələyib./Axar/