“Azərbaycan Beynəlxalq Bankının” (ABB) proqram təminatında problem yaşanır.
Yenicag.az xəbər verir ki, adıçəkilən bankın müştəriləri “ABB Mobile” proqramına daxil ola bilmirlər.
Proqram pul köçürmələri zamanı yanlışlığa yol verdiyindən, əməliyyatı icra etmək mümkün olmur.
Əldə etdiyimiz məlumata görə, vətəndaşların ABB bankomatlarından pul çıxarmaları da imkansızlaşıb.
ABB bununla bağlı müştərilərə məlumat yollasa da, problemin nədən qaynaqlandığı bildirilməyib.