!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Beynəlxalq bank ətrafında baş verənləri anlamaq olmur” – Zahid Oruc

!Reklam – Yazi

Millət vəkili Zahid Oruc Beynəlxalq bank və problemli kreditlər haqqında danışıb.

Yenicag.az xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında Zahid Oruc çıxışının bir hissəsini beynəlxalq bank və onun ətrafında yaranmış vəziyyətə həsr edib. O, bildirib ki, 2015-ci il yanvar ayının 1-nə qədər olan açıqlamaya görə, Beynəlxalq bankın aktivlərinin 85 faizi kreditlərə yönəlib:

“Beynəlxalq Bankın 2015-ci il yanvarın 1-nə qədər olan açıqlamasında aktivlərinin 85 faizinin kreditlərə yönəldiyi göstərilib. Bu isə təxminən 8 milyard manat olub. Həmin məbləğin isə 3,5 milyardı daşınmaz əmlaka, 2,1 milyardı isə daşınar əmlakdan götürülən girova ayrılan kreditə, 8 milyon manat isə girovsuz kreditə ayrılıb. Ölkənin 2 milyon vətəndaşının problemli kreditlərinin həcmi 1,8 milyard manat təşkil edir. Bunun əvəzində isə Azərbaycan dövləti Beynəlxalq bankda yoxa çıxarılmış vəsaitlər üçün 3,5 milyard manat pul xərcləyib”

Daha sonra millət vəkili Beynəlxalq bankın sağlamlaşdırılması üçün görülən tədbirləri anlayışla qarşılamağın vacibliyini də vurğulayıb.

Araz Zeynalov

www.yenicag.az

2008
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv