!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq daşımaçılıq şirkəti cərimələndi

!Reklam – Yazi

Maliyyə Bazarlarına Nəzarət Palatası “Yom Azərbaycan” MMC -ni cərimələyib.

Yenicag.az-ın xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Şirkətin 180.2 ABŞ dolları məbləğində cərimələnməsi barədə Nərimanov Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Yom Azərbaycan” beynəlxalq daşımaçılıq, anbar əməliyyatları, çatdırılma, əlavə dəyər xidmətləri, gömrük rəsmiləşdirilməsi, sürətli poçt və digər ximətlər göstərən şirkətdir./Report/

www.yenicag.az

1219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv