Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr “İŞİD”in mövqelərinə 21 hava zərbəsi endirib.
Yeniçağ.Az-ın “APA”a istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.
Məlumata görə, koalisiya terrorçuların canlı qüvvə və hərbi texnikasına Suriyada 16, İraqda isə 5 hava zərbəsi endirib.
Xatırladaq ki, 2014-cü ilin avqustundan ABŞ başda olmaqla beynəlxalq koalisiya İŞİD-in İraqda, sentyabrdan isə Suriyada yerləşən mövqelərinə hava zərbələri endirir.
Yeniçağ.Az