Beynəlxalq Kosmik Stansiyada (BKS) hava sızıntısı aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyi məlumat yayıb.
Bildirilib ki, sızıntının müəyyənləşdirilməsi və dataların analizi üçün çalışma aparılır. Heyət və stansiyanın təhlükədə olmadığı da vurğulanıb.