Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Beynəlxalq Media Forum keçirilir - Ankarada - FOTOLAR

Bu gün Türkiyənin paytaxtı Ankarada yerli və xarici jurnalistlərin iştirakı ilə Media Forumu öz işinə başlayıb.

Türkiyə Baş Nazirinin birinci müavini Bəkir Bozdağ, millət vəkilləri, QHT və media mənsublarının qatıldığı Forum “Ulucanlar” Həbsxanasının yerində qurulan Muzeydə keçirilir.

Forumu açıq elan edən tədbirin təşkilatçısı Anadolu Yayımçılar Dərnəyinin başqanı Sinan Burhan medianın əhəmiyyətindən və mövcud problemlərindən danışdı.

Daha sonra çıxış edən baş nazirin birinci müavini Bəkir Bozdağ isə beynəlxalq və yerli media ilə bağlı türk hökumətinin siyasətindən danışdı. Türkiyədə mediaya təzyiq olmadığına diqqət çəkən Bozdağ “Terror örgütlərinin təbliğatını aparmaq jurnalistika deyil. ABŞ-da İŞİD-in təbliğatını aparmaq mümkündürmü? O zaman nə üçün bizdən PKK, FETÖ təbliğatı aparanlara qarşı loyal olmaq tələb olunur? Bu, Türkiyəyə qarşı ikili standartdır”.

“II Mədəniyyət, Turizm və Demokratiya Qurultayı” adlandırılan Forumda Azərbaycan heyəti də geniş şəkildə iştirak edir.

İki gün davam edəcək konfransın məruzəçilərindən biri də Yenicag.az İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgərdir.

Yenilənir…

www.yenicag.az

1034
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM