!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq Media Forumu iştirakçıları Bakıda - FOTOLAR

!Reklam – Yazi

Sabah Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Mətbuat Şurası və Azərbaycan Türkiyə Evinin birgə təşkilatçılığı ilə Beynəlxalq Media Forumu keçiriləcək.

Yenicag.az xəbər verir ki, forumda iştirak edəcək heyət artıq Bakıya gəlib. Forum iştirakçıları Heydər Əliyev adına hava limanında qarşılandıqdan sonra, Türkiyənin Azərbaycandakı səfirliyində görüş keçiriblər. Daha sonra isə qonaqlar Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət ediblər.

Bu gün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Beynəlxalq Media Forumun Heyətini qəbul edəcək.

Qeyd edək ki, Beynəlxalq Media Forumu 21 iyul 2018-ci il, saat 10.00-da, “Qafqaz Bakı” Hotelində öz işinə başlayacaq.

www.yenicag.az

1804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv