!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq Media Forumunda 1-ci panel başa çatdı - FOTOLAR

!Reklam – Yazi

Paneldə “Qardaşlıqdan siyasi ortaqlığa: Azərbaycan-Türkiyə” mövzusu müzakirə olunub

Yenicag.az xəbər verir ki, bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Media Forumun 1-ci paneli yekunlaşıb.

Türkiyənin “Akşam” qəzetinin köşə yazarı Emin Pazarcının sədrliyi ilə keçən paneldə mövzu ətrafında müzakirələr aparılıb. Pazarcı iki ölkə arasında münasibətlərin səviyyəsinin məmnunluq doğurduğunu deyib və Türkiyə-Azərbaycan mediasının birliyindən danışıb:

“İki ölkə arasındakı münasibətlərin təməli tariximizdən gəlir. Türkiyədə istənilən tarixi hadisələrdə bir Azərbaycan xatirəsi vardır. Eləcə də sizin ölkənin tarixində. Tarix boyu bir-birinə kömək edən, dəstək olan iki ölkə media sahəsində də bu birliyi nümayi etdirəcək. 15 iyul hadisələri, son günlərdə Azərbaycanda baş verən Gəncə hadisələri zamanı biz bu birliyin şahidi olduq.

Hadisələrin düzgün çatdırılması onların düzgün analiz edilməsi və qəbul edilməsi ilə bağlıdır. Tarixi, mədəniyyəti ilə bağlı iki ölkəni bir-birinə qarşı qoymaq mümkün deyil. Bu konfransın təşkil edilməsində əməyi keçən hər kəsə uğur arzu edirəm”.

“Qardaşlıqdan strateji ortaqlığa: Türkiyə – Azərbaycan” panelində çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Türkiyənin 15 iyul hadisələrindən üzüağ çıxdığını qeyd edib:

“Bunu xarici qüvvələr edir. Təbii ki, bu davamlı olmayacaq. Türkiyə 15 iyul hadisələrindən üzüağ çıxdı. Hansı səbəbdən? Xalqın birlik olmasından. Bu gün cəmiyyəti manqurtlaşdırmağa çalışırlar. Lakin, bunun qarşısını almaq olar. Biz bu gün Gəncə hadisələrini yaşadıq. Təəssüf ki, yaşadıq. Niyə? Çünki bizə xəyanət edənlər düşmən qüvvələrin içərisindəndir.

Heç bir xalq özünə bədbəxtlik gətirməz. Bu kimi ikinci hadisənin altından qalxmağa nə Türkiyənin, nə Azərbaycanın gücü yetməz. Xalqı mənəvi öldürməyə çalışan casuslara qarşı mübarizə aparmaq isə medianın üzərinə düşür. Daha güclü strategiya qurmalıyıq. Öz içimizdən olan gəncləri elə yetişdirməliyik ki, bu hadisələrin hazırlanmasına gərəkli olan fərd deyil, onların qarşısını alacaq fərdlər olsunlar. Bu istiqamətdə Türkiyə və Azərbaycan media mənsublarının birlikdə fəaliyyət göstərməsi sevindiricidir”.

“Kanal 7” telekanalının Ankara təmsilçisi Mehmet Acet bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri öz mahiyyətinə görə bənzərsizdir:

“Türkiyə-Azərbaycan münasibətlərinə qoşulmaq istəyən ölkələr var. Lakin nə qədər diplomatik əlaqələr aparılsa da, siyasi sferada Azərbaycan-Türkiyə münasibətlərinə bənzər əlaqələr yoxdur. Bu özü də onu göstərir ki, iki ölkənin möhkəm münasibətlərinin qurulması üçün tarixi, mədəni əlaqələr, cəmiyyətin ortaq maraqları, ölkənin siyasi maraqları üst-üstə düşməlidir. Türkiyə və Azərbaycan arasında mənafe güdmək yoxdur. İstənilən mövzuda hər iki tərəf çalışır ki, ortaq maraqlar öndə tutulsun və ölkələr arasında siyasi sferada daim liderlik və nümunəvi münasibətlər qorunsun”.

İkitərəfli münasibətləri dəyərləndirən “Yeni şafak” qəzetinin baş redaktoru Hasan Öztürk Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bildirib:

“FETÖ – adlanan təşkilat Türkiyəni parçalamağa cəhd gösterdi. Bu kimi cəhdlər tarix boyu olub. Türkiyə xalqını bölmək, Azərbaycanla Türkiyə arasındakı münasibətlərə kölgə salmaq istəyi güclüdür. Dünya ölkələri bilir ki, türkə qalib gəlməyin tək yolu türkü türkə qırdırmaqdır. Onların bizə gücü çatmaz. Biz isə bir-birimizdən heç zaman zərbə gözləmirik. Bir millət iki dövlət deməyimiz boş yerə deyil. Bu gün Gəncə hadisələrində də bənzər situasiyanın yaşanması onu göstərir ki, Azərbaycana qarşı da təxribatlar davam edir.

Lakin xalq birgə olmalıdır. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Türkiyə hər zaman baş verənlərin həqiqi üzünü ictimaiyyətə çatdıracaq. Ona görə 15 iyul və Gəncə hadisələri zamanı xalqın birlikdə olması və təxribatlara qarşı tədbir görməsi baş verə biləcək faciələrin qarşısını aldı. Biz bir olduğumuz müddətcə nə FETÖ, nə də digər qüvvələr heç nəyə nail ola bilməyəcək. Media bu istiqamətdə diqqətli olmalı və daim bir-birinə sayqı ilə yanaşmalıdır”.

Paneldə çıxış edən “Akıt” qəzetinin Ankara təmsilçisi Hacı Yakışıklı və Rusiya-Türkiyə Şurasının üzvü İvan Starodubtsev panelin mövzusu ilə bağlı fikirlərini çatdırıblar. Panelin yekununda mövzuya dair diskussiya aparılıb.

www.yenicag.az

2533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv