TRT-nin təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən, bu il 7-14 dekabr tarixləri arasında 3-cü dəfə tǝşkil edilǝn Beynəlxalq Media Seminarına 47 ölkədən 115 jurnalist gəlib.
Seminarda bütün dünyada yayımlanan TRT-nin televiziya, radio, xəbər, yeni media, arxiv və elm texnologiyası sahələrindəki 51 illik təcrübəsi və missiyası haqqında məlumat veriləcək, eyni zamanda, bu mövzular dünya təcrübəsilə müqayisəli şəkildə müzakirə olunacaq.
TRT-nin baş direktoru Şenol Göka iştirakçılara TRT-nin məqsədlərindən və texnoloji yatırımlarından bəhs edib.
Göka:“Biz TRT-ni eyni zamanda beynəlxalq tədris mərkəzinə çevirmək istəyirik. Bəlkə də bunu birlikdə edə bilərik. TRT bizim olduğumuz kimi, eyni zamanda sizindir. Həqiqətən bundan əvvəlki əlaqələrimizdə həm proqramlar üçün, həm də gediş-gəliş üçün artıq TRT-ni bir bazaya çevirməyi düşünürük” deyib.
Şenol Göka,“Texnologiya yarışında da geri qalmamağa çalışırıq. Hətta daha da irəli getməyi düşünürük. TRT 4 televiziya aləmində olduqca vacib bir inkişafdır. Yəni HD-nin 4 qatı. Eyni formada DAP yəni “digital audio Broadcast” dediyimiz radio yayımları. Yenə TRT burada yer almaqla bütün hazırlıqlarını başa çatdırıb. Hətta yayımına da başlayıb. Güman edirəm ki, bundan sonra da “DAP Plus” a qoşulacayıq” deyə bildirib.
Seminara gələn iştirakçılar bir həftə təcrübə mübadiləsi aparacaqlar.
Qeyd edək ki, beynəlxalq trenində Azərbaycandan da media nümayəndələri, o cümlədən Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Әləsgər iştirak edir.