!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyanda seçki qarşıdurması-Yenilənir -2

!Reklam – Yazi

axar.az1393670497publika.az1393667654axar.az1389287969fezail

60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalının xeyrinə seçki saxtakarlığı davam edir. Salyandan verilən xəbərə görə, Qarabağlı kəndi yaxınlığında yerləşən hektarlarla “parniklər”də işləyən, lakin Salyan deyil, Sabirabad sakini olan fəhlələr “Karusel” vasitəsilə gəzdirilərək, F.Ağamalıya “səs verirlər”. 

Bu isə yerli sakinlərdən ibarət digər namizədlərin müşahidəçi və məşvərətçilərinin etirazına səbəb olub. Qarşıdurma kritik həddə çatdığı zaman deputatlığa namizəd İsmayıl Ağayev müdaxilə edərək, tərəfləri sakitləşdirib.

***

60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalının xeyrinə seçki saxtakarlığı edilir. Azerinfo.org-a daxil olan xəbərə görə, Salyan və Neftçalada yerləşən seçki məntəqələrində açıq saxtakarlıq halları baş verib.

Belə ki, məntəqə sədrləri və öyrədilmiş müşahidəçilər tərəfindən qutulara topa-topa bülletenlər atılıb. Buna etiraz edən müşahidəçilər asayişi pozmaq bəhanəsi ilə məntəqədən uzaqlaşdırılıb.

  • Varlı kəndində yerləşən seçki məntəqəsi ailə kollektividir. Belə ki, ata sədr, bir oğlu vəkil, üç oğul isə müşahidəçidir. Başqa şəxsləri seçki prossesinə yaxın buraxmırlar. Digər namizədlərin müşahidəçilərini məntəqədən çıxarıblar.
  • Çadırlı kəndində yerləşən 38 saylı məntəqəyə gələn deputat Fəzail Ağamalının oğlu Seymur Ağamalıyev hamının gözü önündə məşvərətçi Şirxanov Cəlala qarşı kobudluq edib. Cəlal Şirxanovun telefonunu əlindən almaq istəyən deputat oğluna məntəqə sədri də dəstək verib.
  • Beşinci şöbə adlanan yerdəki məntəqədə bir nəfər dörd bülleten atan yerdə yaxalanıb. Məntəqə sədri saxtakarlıq edəni deyil, onu ifşa edəni məntəqədən uzaqlaşdırıb.
  • Pambıqkənddə məntəqə 2 saylı Sovxozda da eyni hal yaşanıb.
  • Xıdırlı və Qarabağlı kəndlərində Fəzail Ağamalı üçün karuseldən istifadə olunub.

Salyanda baş verən seçki biabırçılığına dair audio və video materiallar hazırlanır.

Qeyd edək ki, 60 saylı Salyan-Neftçala seçki dairəsi Türkiyə, İsrail, Rusiya və Avropadan olan müşahidəçilərin ciddi nəzarətindədir. Belə bir dairədə bu hallar Azərbaycan dövlətinin imicinə ciddi zərbə vurmaqdadır.

***

AVP Mətbuat Xidməti məsələyə münasibət bildirib:

“Deputat oğlu müşahidəçini döydü – Salyanda” başlıqlı yazısı həqiqəti əks etdirmir. Fəzail Ağamalının Seymur Ağamalıyev adında oğlu yoxdur. Və belə hal Çadırli kəndində baş verməyib. Dairədən aldığımız məlumata görə həmin ərazidə yalnız Ukrayna müşahidəçiləri 11, 12, 13,14 saylı məntəqələrdə olmuş vəseçki prosesində hər hansı bir qanun pozuntularının olmadığını, seçkinin yüksək səviyyədə getdiyini bildirmişdilər. Məlumatda gedən digər ölkələrdən olan müşahidəçilər müşahidə missiyasını aparmamışlar. Adını çəkmiş olduğunuz məntəqələrdə seçkilər yüksək siyasi fəallıqla baş tutmuşdur. Təəssüf edirik ki, F.Ağamalının rəqibi olan və seçicilər tərəfindən etirazla qarşılanan, qaranlıq keçmişini ona irad tutaraq görüşlərindən imtinaedilən İsmayıl Ağayev Fəzail Ağamalıya qarşı şər və böhtan kampaniyasını sizin tribunanızdan yayımlamaqda davam edir. Bu bizdə böyük təəssüf hissi doğurur. Şər və böhtanıdeyil, həqiqətin yanında olmaq hər bir jurnalistə baş ucalığıgətirir”.

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv