Reklam: High Technic
hightechnic

Rusiya Olimpiadadan rəsmən uzaqlaşdırıldı

Reklam: Sinerji Pro

Rusiya 2018-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edə bilməyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Beynəxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən iclasında qərar verilib.

Qərara əsasən, idmançılar Rusiya bayrağı altında sözügedən yarışda iştirak edə bilməzlər. Lakin BOK Olimpiadaya lisenziya qazanmış rus idmançıların neytral ölkənin bayrağı altında qatıla biləcəyini bildirib. Amma ilk öncə onlardan dopinq testlər götürüləcək. Yasaqlı maddələrdən istifadə etməmiş idmançılar sərbəst şəkildə 2018-ci il Qış Olimpiadasına qatıla biləcəklər.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 2018-ci ildə Pxençxanda keçiriləcək və bu, fevralın 9-25-dək olacaq.

www.yenicag.az

967