!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynimizi gücləndirmək üçün nələr etməliyik?

!Reklam – Yazi

Sadə üsullarla beynimizi və sinir sistemimizi gücləndirə bilərik.

Beynin sağlamlığı üçün müxtəliflik və maraq önəmlidir. Yeni kəşflər etmək, dünyanı maraqlı gözlərlə seyr etmək diqqətimizi cəmləməkdə ən böyük böyük yardımçılardır. Unutqanlıq, dalğınlıq kimi hallardan şikayətçisinizsə bir neçə beyin məşqini həyatınıza daxil etməlisiniz.

Həmin üsullardan bir  neçəsini  təqdim edirik:

Oyun oynayın. Uşaqların bir bildiyi var imiş. Tapmacalar, “Sudoku” kimi rəqəmsal oyunlar zəkanızı işlətməyinizə kömək edəcək. Təbii ki, saatlarla kompüter arxasında oturmaq yox. Mütəxəssislər düşünür ki, oyun oynamaq üçün hər gün 15- 30 dəqiqə kifayət edir.

Meditasiya edin. Hər gün 10 dəqiqə meditasiya zehninizi boşaltmağınıza, sinir sisteminizi rahatlatmağınıza kömək edəcək. Sadəcə oturub, nəfəsinizi dinləyin və bədəninizi rahatlaşdırmağa çalışın.

Sadəcə qarınınızı doydurmaq üçün yox beyninizi də doydurmaq üçün yeməklər yeyin. Bunlara ən yaxşı misallar: yağlı balıqlar, qoz, fındıq, zeytunyağı və s.

Yeni bir şeylər öyrənin. Bu zaman beyninizin bir çox bölümü birdən çalışır. İstər yemək bişirmək olsun, istərsə də çalğı aləti ifa etməyi öyrənmək, əsas olan öyrənmə bacarıqlarımızı tətikləməkdir ki, bu da beynimizə çox yaxşı təsir göstərir.

Asli İsmayılzade

www.yenicag.az

7659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv