Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Beyonce ana olmağa hazırlaşır

7895Dünya şöhrətli amerikalı müğənni yenə ana olmağa hazırlaşır.

Xeyli müddətdir müğənninin yenə hamilə olması ilə bağlı şaiyələr gəzir. Onun yeni çəkilmiş fotoları isə daha da çox söz-söhbətə səbəb olub.

Belə ki, Beyons və əri Cey zi Böyük Britaniya şahzadəsi Uilyam və Keyt Middltonla görüşmək üçün basketbol komandalarının oyununda iştirak ediblər. Oyunda mətbuat nümayəndələrinin bütün diqqəti Beyonsun çəki almış bədən quruluşunda olub. KİV-lər dərhal müğənninin son zamanlar çox vaxt geniş paltarlar geyindiyini vurğulayıblar.

Görünür Beyons həqiqətən hamilədir və bunu bəyan etmək üçü uyğun vaxt gözləyir.

Qeyd edək ki, Cey Zi ilə Beyons 2008-ci ilin aprelində evləniblər, 2012-ci ilin yanvarında isə qızları Blu Ayvi dünyaya gəlib. Müğənni hamilə olmasını ilk dəfə “VMA” mərasimində “Love on Top” mahnısını ifa etdikdən sonra elə səhnədəcə elan etmişdi.

(anspress.com)

www.yenicag.az

264