Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb

Avqustun 4-ü Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

Yenicag.az xəbər verir ki, partlayışda ölənləin sayı 149 nəfərə çatıb, 5 mindən artıq insan xəsarət alıb.

Qeyd edək ki, avqustun 4-ü Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində yüzlərlə ev və bina dağılıb və ya zərər görüb, 300 mindən artıq insan evsiz qalıb. Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.

Partlayışla əlaqədar avqustun 6-sı limanın direktoru da daxil olmaqla, liman administrasiyasının 16 məmuru saxlanılıb.

COP29