Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Beyrutda etirazlar - Parlament və XİN-nin binası ələ keçirildi

Livanın paytaxtı Beyrut şəhərinin mərkəzində hökumət əleyhinə keçirilən mitinqlər davam edir.

Yenicag.az xəbər verir ki, polis qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmada 130 şəxs yaralanıb. Bildirilib ki, 28 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.

Etirazçılar şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binasına daxil olublar. Nümayişçilər Xarici İşlər Nazirliyinin binasını qərargah elan ediblər.

Şəhərin digər tərəfində isə nümayişçilər parlamentin binasına doğru irəliləyib və onlardan bəzisi qanunverici orqanın binasına daxil olub.

Hazırda polislər etirazçılarla danışıqlar aparır.

Qeyd edək ki, etirazçılar avqustun 4-də limanda baş verən partlayışdan sonra hazırkı hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

www.yenicag.az

291