Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Beyrutda güclü PARTLAYIŞ - Ölən və yaralananların sayı artdı / YENİLƏNDİ

Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Al Jazeera” telekanalı ölkənin Səhiyyə naziri Hamad Hassana istinadən yayıb.

Məlumata görə, 3 mindən çox insan da xəsarət alıb. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

***

Livanın paytaxtı Beyrutda ard-arda partlayışlar olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində səmada böyük qara tüstü ortaya çıxıb.

Partlayış episentrinə yaxın olan binaların şüşələri dağılıb.

Azı 10 nəfərin öldüyü yüzlərlə insanın xəsarət aldığı bildirilib.

Həmçinin partlayışın səsi Kiprdə belə eşidildiyi qeyd edilib.

www.yenicag.az

547