Bəzi aksizli malların dərəcələrinin artırılması ilə bağlı layihə təsdiqləndi

Azərbaycanda bir neçə aksizli malların dərəcələri artırılır.

Yenicag.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə siqarillanın (nazik siqarlar) 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 220 manata qaldırılır.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.