“Bizə müraciət edib, əcnəbi dilləri öyrənə bilərlər. Bəzi aparıcıların isə sonuncu dəfə oxuduğu kitab Əlifbadır”
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bu gün Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” adlı tədbirdə çıxış edərkən deyib.
Kamal Abdulla qeyd edib ki, bu gün Azərbaycan dili üçün heç bir ciddi təhlükə yoxdur və buna görə də narahatlığa əsas görmürəm:
“Bir dəfə mediada səs-küy salındı ki, bəs, Bulvarda bir neçə nəfər başqa dildə danışır, dilimiz əldən gedir. Üzr istəyirəm, əgər dilimiz bir neçə nəfərin əcnəbi dildə danışması ilə əldən gedəcəksə, qoy getsin. Bilmək lazımdır ki, dilin sıradan çıxması üçün bir çox şərtlər tələb olunur. Azərbaycan dili üçün təhlükə yoxdur.
Bundan başqa aparıcıların da dil baxımından problemləri var. Bizə müraciət edib, əcnəbi dilləri öyrənə bilərlər. Bəzi aparıcıların isə sonuncu dəfə oxuduğu kitab Əlifbadır”.