Bəzi avtobus reysləri təxirə salındı

Təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvan, Laçın, İsmayıllı və Qəbələ istiqamətlərində reyslər təxirə salınıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

“Qusar istiqamətində isə reyslər Qubayadək həyata keçirilir. Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.