Yağan yağıntılarla əlaqədar respublikanın bəzi çaylarında sululuq artıb.
Yenicag.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O deyib: “Ölkə ərazisində yağan yağıntılarla əlaqədar Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 sm, Böyük Qafqazın ərazisindən axan Qarasuçayda 10, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Quruçayda 11, Bərgüşadçayda 2, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayda isə 2 sm artm qeydə alınıb”.