Bəzi ərazilərdə taksi sürücüləri sərnişinləri yolun ortasında mindirib-düşürürlər – VİDEO

Bakıda taksi və mikroavtobus sürücüləri ikinci zolaqda, yəni yolun ortasında müştəri yığırlar. Bu da ərazidə tıxac yaradır.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sözügedən yolda taksi və ya mikroavtobus saxlamaq qanuna ziddir.

Həmin yola avtobus zolağı çəkildikdən sonra Bakının Tbilisi prospektindən üzü metronun “20 Yanvar” stansiyası istiqamətində “manatlıq” taksilərin fəaliyyətinə də qadağa qoyulub.

COP29