!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəzi mağazalarda tərkibində civə olan duz satılır

!Reklam – Yazi

131321_res_01Yollara səpilən və texniki məqsədlə istifadə edilən duzları məişət duzu kimi satışa çıxaran marketlərin siyahısı hazırlanıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bu barədə virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən gizli sexdə istehsal olunan duz əsasən Sumqayıtdakı marketlərə verilir. “Araşdırma zamanı Sumqayıt şəhəri 26-cı məhəllədəki “Ceyran” marketdə, 17-ci məhəllədə “Səda” marketdə, “Yelmar” mağazasında belə duzların satıldığı bəlli olub. Tərkibində civə və digər ağır metallar olan duzlar orqanizm üçün təhlükəlidir”, – deyə E.Hüseynov qeyd edib.

Onun sözlərinə görə, sellofan paketlərə qablaşdırılmış 1000 qramlıq “Artyomsol” mal nişanı ilə satılan yodsuz duzlar da təhlükəli mallar sırasındadır: “Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə, Baş Prokurorluğa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etmişəm. Belə duzların satıldığı marketlərin ünvanları da göstərilib”.

Qeyd edək ki, 2001-ci ildə “Duzun yodlaşdırılması haqqında” qanun qəbul olunub. Qanuna əsasən, ölkə ərazisinə yodlaşdırılmamış xörək duzunun idxalı, ölkə daxilində onun istehsalı, satışı, daşınması, hətta heyvanlara yem məqsədilə verilməsi qadağan edilib. Yodsuz və tərkibində ağır metallar olan duzlardan istifadə lallıq, karlıq, intellektin itirilməsi, get-gedə əmək qabiliyyətinin zəifləməsi, immunitetin aşağı düşməsi, zob xəstəliyinin yaranması və digər fəsadlara səbəb ola bilər.

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv