Rusiyaya qarşı təhdidlər ciddi qəbul edilməlidir.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin müasir dünyada geosiyasi gərginliyin dərəcəsinin hazırda artdığını vurğulayıb. O qeyd edib ki, Moskva mütəmadi olaraq bəzi ölkələrin hakimiyyətindən təhdidlər alır və onların həyata keçirilməsi üçün konkret addımlar da görür:
“Təbii ki, biz buna mümkün qədər ciddi yanaşmalı, bütün riskləri hesablamalı və adekvat cavab tədbirləri planlaşdırmalı, silahlı qüvvələrimizi və donanmamızı gücləndirməliyik”.