ADY-nin təqdim etdiyi yeniliklərdən biri də 23 sentyabrdan etibarən bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsinin qurulmasıdır.
Yenicag.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları”nın Sərnişin Daşıma departamentinin rəhbəri Azər Fərəcov deyib.
O bildirib ki, artıq sərnişinlər Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və Qəbələ stansiyalarında bu xidmətdən yararlanaraq gözləmə vaxtını daha səmərəli keçirə bilərlər.
“Bundan başqa, ADY sərnişinlərin ölkədaxili səfərlər zamanı internetdən istifadəsini asanlaşdıraraq oktyabr ayından etibarən qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsi istifadəyə verir”.