Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah qeyri-sabit hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, oktyabrın 2-də, əsasən, gecə və səhər saatlarında qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.