!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəzi yollarda işıqforlar söndürüləcək

!Reklam – Yazi

Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakıda keçiriləcək “Formula-1″ Azərbaycan Qran Pri yarışı ilə əlaqədar 19-26 iyun tarixlərində bəzi küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə “sarı döyünən işıq” və “işıqforun söndürülməsi” siqnal əmri tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, həmin günlər Azərbaycan prospekti-Əziz Əliyev küçəsi, Əziz Əliyev küçəsi – Neftçilər prospekti, Bülbül prospekti- Neftçilər prospekti, Üzeyir Hacıbəyov küçəsi – Rixard Zorge küçəsi, Üzeyir Hacıbəyov küçəsi – Aleksandr Puşkin küçəsi, Üzeyir Hacıbəyov küçəsi – Azadlıq prospekti, Rəşid Behbudov küçəsi – Üzeyir Hacıbəyov küçəsi, Bülbül prospekti- Üzeyir Hacıbəyov küçəsi, Rəşid Behbudov küçəsi – Zərifə Əliyeva prospekti, Bülbül prospekti – Zərifə Əliyeva küçəsi, Səməd Vurğun küçəsi – Zərifə Əliyeva prospekti, Bülbül prospekti – Əfsələddin Xəqani küçəsi, Rəşid Behbudov küçəsi – Əfsələddin Xəqani küçəsi, Azadlıq prospekti – Əfsələddin Xəqani küçəsi, Aleksandr Puşkin küçəsi – Əfsələddin Xəqani küçəsi, Aleksandr Puşkin küçəsi – Nizami Gəncəvi küçəsində “işıqforun söndürülməsi” siqnal əmri tətbiq ediləcək.

Bu günlər ərzində həmçinin Üzeyir Hacıbəyov küçəsi – Keykab Səfərəliyeva küçəsi, Azadlıq prospekti – Nizami Gəncəvi küçəsi, Bülbül prospekti- 28 May küçəsi, 28 May küçəsi – Aleksandr Puşkin küçəsi, Bülbül prospekti – Şəmsi Bədəlbəyli küçəsi, 28 May küçəsi- Keykab Səfərəliyeva küçəsi, 28 May küçəsi- Rixard Zorge küçəsi, Səməd Vurğun küçəsi – Üzeyir Hacıbəyov küçəsi, Bünyad Sərdarov küçəsi- Səid Rüstəmov küçəsində “döyünən işıq” siqnal əmri tətbiq ediləcək.

Yenicag.az

www.yenicag.az

902
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv