Bakının bir yolunda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı – YENİLƏNDİ + FOTO

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

***

10:58

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Yenicag.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.