!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Biabırçılıq gündə boşanıb…” - Oqtay Əliyev ailəsini ittiham edən Natavanı SUSDURDU

!Reklam – Yazi

Müğənni Natavan Həbibi efirdən qonorar istədiyi üçün onu və həmkarlarını tənqid edən “SOY” prodakşının rəhbəri, prodüser Oqtay Əliyev barəsində fikirlərinə cavab özünü çox gözlətməyib.

O.Əliyev Yenicag.az-a açıqlamasında qarşı tərəfin cavabını verib:

“Bizim ailənin 5 üzvü Azərbaycan incəsənətinə xidmət edir . Onlardan 2-si Xalq artisti, ikisi Əməkdar artist, biri isə Əməkdar incəsənət xadimidir.

Bu qiyməti də cənab prezidentimiz verib. Mən o xanımı çox yaxşı başa düşürəm, yaşıdları xalq və əməkdar artistlərdir, bunun isə bir dənə həvəsləndirici “qramotası” belə yoxdur”.

“Biabırçılıq gündə boşanıb evlənməkdir! Söhbət var eeee, amma sənlik deyil!”, – O.Əliyev qarşı tərəfi susdurub.

Qeyd edək ki, Natavan “Instagram”da şərh yazaraq O.Əliyev və ailəsi barədə belə deyib:

“Azərbaycan incəsənətinə ən böyük zərbələrdən vuran ailə! Sənətimizi ən abırsız formada dünyaya tanıdan kəslərin də məqsədi bəllidir. Millətin içində sənət nümayəndələrinə nifrət hissi formalaşdıranlar da indi yenə sənətimizi alçaldıb, insanları həqiqətdən yayındırıb, səhv fitva verərlər. Bunları keçmişik. Siz söhbətinizi edin”.

Cəvahir

www.yenicag.az

1561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv