Bıçaqlanan şəxs xəstəxanadan qaçdı – Mingəçevirdə

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü şəhər sakini Əliyev Aydın Tapdıq oğlu naməlum şəraitdə bud nahiyəsindən bıçaqlanıb.

Xəstəxanaya yerləşdirilən yaralıya ilkin tibbi yardım göstərilib. O, daha sonra xəstəxananın pəncərəsindən düşərək qaçıb. Buna baxmayaraq, A.Əliyev qohumlarının da yaxından iştirakı ilə tapılaraq yenidən müalicəyə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.