Dünyanın ən populyar kriptovalyutası olan bitkoin ucuzlaşmaqda davam edir.
Yenicag.az-ın məlumatına görə, bitkoin 3 800 dollardan ucuz alınıb satılır.
“CoinMarketCap” portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 9,53% azalaraq 3739,53 dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti daha kəskin ucuzlaşır.
Belə ki, “Ethereum” 12,82% və ya 129,38, “Ripple” 11,25% və ya 0,379 dollaradək ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 129,13 milyard dollar təşkil edir və bunun 51,5 faizi bitkoinin payına düşür./Trend/