!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləcəri deposunda faciə - 27 yaşlı oğlan iki qatarın arasında qalıb öldü

!Reklam – Yazi

Bu gün Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən vaqon deposunda bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

www.yenicag.az

3485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv