Biləcəridə evlərdən və avtomobildən 28 min manatlıq oğurluq edildi

Bakıda evlərdən və avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 7 evdən və bir avtomobildən ümumilikdə 15.900 manat, 1222 lirə, 12.000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.