Biləsuvar sakini bıçaqlanıb

Biləsuvarda bıçaqlanma olub.

Yenicag.az APA-a istinadən məlumat verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Şəxsi mübahisə nəticəsində düşən dava zamanı rayon sakini, 1987-ci il təvəllüdlü, Fail Höccət oğlu Əliyev bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub.

F.Əliyevin vəziyyəti kafİ qiymətləndirilir.