Biləsuvar sakini dənizdə batıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə dənizin Lənkəran rayonunun Sütəmurdov kəndi sahilində qeydə alınıb.
Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Barat oğlu Miriyev dənizdə çimərkən batıb. Onun meyiti yaxınlıqdakı şəxslər tərəfindən aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.