Biləsuvarın 12 yaşlı sakini çaya düşərək boğulub.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzindən keçən Balharı çayında qeydə alınıb. Biləsuvar rayon Polis Şöbəsindən bildirilib ki, 2005-ci il təvəllüdlü Elçin Asif oğlu Mehtiyev həyətində velosipedlə oynayarkən çaya düşərək boğulub.
Faktla bağlı Biləsuvar Rayon Prokrorluğunda araşdırma aparılır.
Yeniçağ.Az