Biləsuvarda 37 yaşlı qadın intihar etdi

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Dərvişli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1984-ci il təvəllüdlü İsgəndərova Könül Telman qızı yaşadıqları evin hamam otağında özünü asaraq intihar edib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır./Report/

COP29