Biləsuvarda 79 yaşlı qadın faciəvi şəkildə öldü

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub, 79 yaşlı qadın faciəvi şəkildə ölüb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin S.Rufullayev küçəsində R.Əhədova məxsus evdə qeydə alınıb.

Belə ki, ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Nənələr Əhədovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.