!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləsuvarda ağır yol qəzası - 2 qadın öldü, yaralılar var - Adlar

!Reklam – Yazi

Biləsuvarda baş verən ağır yol qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub.

Qəzada ölən və xəsarət alanların hamısı rayonun İsmətli kənd sakinləridir.

Hadisə nəticəsində “VAZ 21015” markalı avtomobildə olan 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı və 1944-cü il təvəllüdlü Tağızadə Şükufə Qəhrəman qızı hadisə yerində dünyasını dəyişib, avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Asim Rasim oğlu,1972-ci il təvəllüdlü Əliquliyeva Məlahət Qurban qızı və “Lada Priora” markalı avtomobilin sürücüsü, 1955-ci il təvəllüdlü Dövlətov Şakir Əhməd oğlu isə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alanlardan Araz Tağızadənin xəsarətləri yüngül olduğundan o, ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb, “Lada Priora” markalı avtomobilin sürücüsü Şakir Dövlətov isə təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə Kliniki Tibbi Mərkəzə göndərilib.

Xatırladaq ki, bu gün Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda “VAZ-21015” və “Lada Priora” markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə 2 nəfər hadisə yerində vəfat edib, 4 nəfər isə yaralanıb.

***

16:03

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında “Lada Priora” və “VAZ-21015” markalı minik avtomobilləri toqquşub.

Nəticədə 2 qadının hadisə yerində öldüyü və onların meyitlərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verildiyi bildirilib. Eyni zamanda 4 yaralı xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin təfərrüatı və ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

www.yenicag.az

5057
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv