Biləsuvarda avtomobil qəzası – Ölən və yaralananlar var

Biləsuvar şəhərində ağır yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin xəsarət alan şəxslərdən biri xəstəxanada keçinib.

Hadisə nəticəsində xəsarət almış digər iki şəxsin müalicəsi davam edir.

İlkin məlumata görə, ölən şəxs və yaralılar Biləsuvar rayon sakinləridir.

Faktla bağlı araşdırma aparılır.