!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanıldı

!Reklam – Yazi

Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakinləri G.Həsənova və R.Yəhyayev sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan 3 ədəd bağlamada ümumi çəkisi 1 kiloqram 847 qram narkotik vasitə heroin və bir bağlamada 67 qram psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv